Arnold və Meyv Suoms uzun illərin sevib-sevilən evli cütlüyüdür. Onlar 30 il ömür-gün yoldaşı olublar, sevgidə hər zaman bir-birlərinə sadiq qalıblar. Ancaq "qəddar zaman" bu qədər illərdən sonra onların ehtiras alovunu söndürüb. İndi onlar tez-tez mübahisə edir, ən xırda şeylərə görə bir-birilə didişirlər. Çoxları belə vəziyyətdə boşanmanı ən düzgün çıxış yolu sayardı, ancaq onların lüğətində "ayrılıq" deyə bir söz yoxdur, boşanma hər ikisinin prinsiplərinə ziddir. Vəziyyətdən çıxış yolu tapmaq üçün cütlük nüfuzlu ailə psixoloquna müraciət etməli olur. Berni Feldin metodları radikal görünsə də, ailəni qorumaq üçün Arnold və Meyv bütün deyilənləri yerinə yetirməyə məcbur olacaq...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar