Vanessa Teylor

Vanessa Teylor

Ssenarist, prodüser

BİOQRAFİYA

Vanessa Teylor – amerikalı ssenarist və tele-prodüserdir. Daha çox populyar “Taxt oyunları”, həmçinin “Casus qadın”, “Dul kişinin məhəbbəti” və “Mənə de ki, sevirsən!” seriallarının ssenaristi kimi tanınır. Vanessa eyni zamanda “Cek və Bobbi” serialının yaradıcılarından biridir. 2012-ci ildə Devid Frenkelin lentə aldığı və baş rollara, Tommi Li Cons, Stiv Kerrel və Meril Stripin çəkildiyi “Yaz ümidləri” filminə ssenari yazıb. Filmdə Kerrel 31 il birgə nikahdan sonra ər-arvada sevgi münasibətləri bərpa etməyə çalışan nikah terapevti – həkim Felda rolunu oynayır. Vanessa eyni zamanda 2014-cü ildə məşhur franşizanın əsasını qoymuş “Divergent” adlı elmi fantastik filminin ssenaristlərindən biridir. 2012-ci ildə ən yaxşı dram serialı kateqoriyasında “Emmi”nin praymtaym mükafatına namizəd olub. 2013-cü ildə isə WGA mükafatının nominasiyasına nail olub (hər ikisi “Taxt oyunları” fentezi serialına görə). 2012-ci ildə isə “Yaz ümidləri” filminə görə “WIN” mükafatına namizəd olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%B5%D0%B9%D...

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç