Demian Yanq
Aktyor
Damian Yanq 27 oktyabr 1961-ci ildə ABŞ-ın paytaxtı Vaşinqton şəhərində dünyaya göz açıb. Uşaqlığı və yeniyetməliyi doğma şəhərində keçib. İlk kastinqi 1977-ci ilə təsadüf edir. Həmin vaxt Damianın 16 yaşı var idi. 23 yaşında olanda (1984) Nyu-Yorka köçüb. Orada Brodvey tamaşalarında səhnəyə çıxıb. “Sacrilege” tamaşasında aktrisa Ellen Börstinlə səhnəni bölüşüb. Bir neçə ilə “Kukaraç teatrı”nın truppasında çıxış edib. Daha sonra "The Vineyard Theatre", "Playwright Horizons", "Soho Rep və The Flea" və "The Atlantic" kimi teatrların tamaşalarında rol alıb. Aktrisa Uilker Uaytla evlidir. Həyat yoldaşı və iki övladı ilə Bruklində (Nyu-York) yaşayır. Daha çox kino və seriallarda ikinci plan rollara çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AF%D0%BD%D0%B3,_%D0%94%D0%B0%D0%BC%D0%B8%D0%B0%D0%BD