Elizabet Şu 6 oktyabr 1963-cü ildə Delaver ştatının Uilminqton şəhərində (ABŞ) anadan olub. Valideynləri, hüquqşünas Ceyms Uilyam Şu və bankın vitse-prezidenti Enn Brüsteri Elizabetin doqquz yaşı olanda ayrılıblar. Harvard Universitetini bitirib. 1982-ci ildən kinoya çəkilməyə başlayıb. “Las-Veqası tərk edərkən” filmində Elizabet Şu "qızıl ürəy"ə sahib olan fahişə obrazını canlandırıb. Onun filmdəki tərəf müqabili Nikolas Keyc olub. Hər iki aktyor bu filmə görə “Oskar” alıb. 1994-cü ildə Elizabet rejissor və prodüser Devis Quggenhaymla evlənib. Onlar Los-Ancelesdə yaşayırlar. 11 noyabr 1997-ci ildə onların Mayls Uilyam adlı oğulları, 19 mart 2001-ci ildə Stella Strit adlı qızları, 18 iyun 2006-cı ildə isə növbəti qızları Aqnes Çarlz dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Elizabet_%C5%9Eu