Mimi Rocers
Aktrisa, prodüser
Mimi Rocers 27 yanvar 1956-cı ildə Florida ştatının Koral-Qeyblz şəhərində anadan olub. 1982-ci ildə televiziyada işləməyə başlayıb. 1987-ci ildə Tom Berrencerlə birlikdə “Mənim qoruyucum” filminə çəkilib. 1998-1999-cu illərdə “Məxfi materiallar” serialında rol alıb, 1998-ci ildə eyni zamanda “Kosmos itginləri” elmi-fantastik filminin çəkiliş heyətinə qoşulub, kosmosda itən ailənin anası rolunu oynayır. 1993-cü ildə “Playboy” jurnalına poz verib. 21 avqust 1976-cı ildən 25 sentyabr 1980-ci ilə kimi Ceyms Rocerslə evli olub. 9 may 1987-ci ildə Tom Kruzla evlənib. Birgə ailə həyatı 1990-cı ilə kimi davam edib. 2003-cü ildə kinoprodüser Kris Kyaffaya ərə gedib. Onların Lüsi Culiya Rocers-Kyaffa (20.11.1995), Çarli Rocers-Kyaffa (30.07.2001) adlı övladları var. Mimi Saentologiya kilsəsinin keçmiş üzvüdür. Tom Kruzu bu “dinə” elə o gətirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D0%B4%D0%B6%D0%B5%D1%80%D1%81,_%D0%9C%D0%B8%D0%BC%D0%B8