Sadə, sakit həyat tərzinə malik mexanik Karter Çembers nümunəvi insanlıq keyfiyyətlərinə görə ətrafı tərəfindən sevilir. Ailəlidir və üç övladı var. Edvard Koul isə qəddar, xəsis milyarderdir. Onun bir neçə xəstəxanası var. Dəfələrlə uğursuz nikahı olub və itkin düşmüş bir qız atasıdır. Bu iki bir-birindən tam fərqli olan insanları nə birləşdirə bilər? Əlbəttə, sağalmaz xəstəlik. Hər ikisi xərçəng diaqnozu ilə bir palatada uzanıb son mənzilə yollanmalarını gözləyirlər. Gün keçdikcə onlar bir-birilərini daha yaxından tanımağa başlayırlar və bir gün Edvard Karterin zibil qutusuna atdığı siyahını tapır. Siyahıda Karterin ölməmişdən əvvəl görmək istədiyi arzular yazılmışdı. Zəngin Edvard başa düşür ki, sadalanan arzular arasında onun da ürəyində qalan istəkləri yazılıb. Onlar birlikdə bu arzuları gerçəkləşdirmək üçün sonuncu böyük səyahətə çıxırlar. Edvardın milyardları, Karterin ağlı və dürüst dostluğu bu arzuları həyata keçirmək üçün kifayət edəcəkmi?
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar