Rob Rayner

Rob Rayner

Rejissor, aktyor, prodüser, ssenarist, bəstəkar

BİOQRAFİYA
Rob Rayner 6 mart 1974-cü ildə Nyu-Yorkda (ABŞ) yəhudi ailəsində anadan olub. 13 yaşında ailəsi birlikdə Los-Ancelesə (ABŞ) köçüb. Burada Beverli Hills orta məktəbində Riçard Dreyfus, Bonni Franklin və Albert Bruksla bir yerdə oxuyub. Los-Ancelesdə Kaliforniya universitetini bitirib. Raynerin Silviya Enn Rayner adlı bacısı və Lukas Rayner adlı qardaşı var. Karyerasına 1968-ci ildə ssenarist kimi başlayıb. 1980-ci ildən Rayner Hollivud filmlərinin uğurlu rejissoru kimi tanınıb. Onun işlərinə misal olaraq “The Princess Bride”, “Mənimlə qal”, “This Is Spinal Tap” filmlərini göstərmək olar. O tez-tez rejissor Robert Leyton və Kristofer Gestlə əməkdaşlıq edir. Rob Rayner "Castle Rock Entertainment" kino şirkətinin yaradıcılarından biri hesab olunur. Bu studiyanın çəkdiyi kommersiya filmlərinin sırasına “When Harry Met Sally...”, “Misery” və “A Few Good Men” filmləri daxildir. 2013-cu ildə o, “The Wolf of Wall Street” filmində aparıcı rollardan birini ifa edib. Rob Rayner 1971-ci ildən 1981-ci ilə kimi aktrisa, rejissor və prodüser Penni Marşalla evli olub. 1989-cu ildən Rayner fotoqraf Mişel Zingerlə evlidir. Onların üç uşağı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Rob_Reiner

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç