Beverli Todd

Beverli Todd

Aktrisa

BİOQRAFİYA

Beverli Todd 11 iyul 1946-ci ildə Çikaqoda (ABŞ) anadan olub. Amerikalı aktyor, prodüser və ssenaristdir. Todd 1970-ci illərdə “Mənim adım cənab Tibbsdir!”, ”Qardaş Con” və s. filmlərindəki rolları ilə uğur qazanıb. Sonra onun ən gözə çarpan rolları televiziya və teatrda olub. 1980-ci illərdə “Köç” (1988) və “Mənə inan” (1989) filmlərində çəkilib. Həmçinin Todd 2004-cü ildə “Crash” filmində Don Çidlın anası rolunu ifa edib. Televiziyada Toddun tanınması 1977-ci ildə “Roots” miniserialı sahəsində olub. Ondan sonra o, “Lu Qrant”, “Sent-Elsver”, “Şəxsi detektiv Maqnum”, “Hill Street Blues”, “Başqa dünya”, “Müştəri hər zaman ölüdür”, “The Closer” və “Grey's Anatomy” layihələrində rol alıb. Todd təkcə aktrisa kimi yox, həm də ictimai xadim kimi tanınır və bir çox sosial fəalliyyətləri var. “Malik’s Voice for Peace” təşkilatının vitse-prezidentidir. Todd prodüser Kris Kayzerlə evlidir. Onların bu evlilikdən olan oğulları Malik Smit 20 mart 1989-cu ildə 18 yaşında küçə xuliqanları tərəfindən öldürülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Beverly_Todd

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç