Cek Nikolson 22 aprel 1937-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Cek Nikolson kino tarixində ən önəmli aktyorlardan biri hesab olunur. O, 12 dəfə “Oskar” mükafatına namizəd göstərilib. O, həm də ən çox “Oskar”a namizəd göstərilən iki aktyordan biridir. İkincisi isə Maykl Keyndir. Cek Nikolson bir çox mükafatların sahibidir. O, üç dəfə “Oskar” və BAFTA, yeddi “Qızıl Qlobus”, altı dəfə Amerika Aktyorlar Gildiyasının mükafatını qazanıb. Cek Nikolson “Qızıl Moruq” mükafatına da namizəd göstərilib. Baxmayaraq ki, Nikolson iki mindən çox qadınla "yatdığını" iddia edir, ancaq "Maxim" jurnalının 10 canlı seks əfsanəsi siyahısında adı yoxdur. Aktyorun dörd fərqli qadından beş uşağı var. Ancaq o, yalnız bir dəfə rəsmi nikahda olub. Daha çox “Çin məhəlləsi” (1974) kriminal dramında Cey Cey Gits, “Ququ quşu yuvası üzərindən uçarkən” (1975) filmində Makmörfi, “Dönüklər” (2006) filmində mafia başçısı Frenk Kostello, “Bundan yaxşı ola bilməz” (1997) romantik komediyasında germofob yazıçı Melvin Udal roluna görə tanınır. Karyerası ərzində 77 bədii film və seriala çəkilib.2013-cü ildə yaddaşının pozulması səbəbindən öz karyerasına son qoymuşdur. Onun bu addımından əvvəl son çəkildiyi film rejissor Ceyms Bruksun "Necə bilmək olar?" (2010) filmi olub
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jack_Nicholson