Rob Morrou 21 sentyabr 1962-ci ildə Nyu-Yorkda (ABŞ) yəhudi əsilli ailədə anadan olub. Anası diş həkimi Dayan Fransis, atası işıqlandırma avadanlığı istehsalçısı Mürrey və bacısı Kerridir. Valideynləri Robun doqquz yaşı olanda boşanıblar. Karyerasına teatr aktyor kimi başlayıb. İki dəfə “Saturday Night Live” yumoristik proqramında iştirak edib. Film sahəsində 1985-ci ildə Conni Deppin iştirak etdiyi “Private Resort” filmi ilə debüt edib. Ən məşhur rollarından biri “Northern Exposure” serialındakı obrazı olub, bu rola görə iki dəfə “Emmi” və üç dəfə “Qızıl Qlobus” mükafatına namizəd göstərilib. 2005-ci ildən “Numbers” serialında rol alır. 1998-ci ildə aktrisa Debbon Eyerlə evlənib, 2001-ci ildə onların qızı dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Rob_Morrow