Son zəngdən on il ötür. Müxtəlif vəzifələrdə olan, müxtəlif sosial statuslara malik olan keçmiş sinif yoldaşları doğma şəhərlərində bir araya gəlirlər. Bunu fürsət bilən dostlar kef məclisində keçmiş günləri xatırlayıb, bol-bol gülmək, əyləncə dolu gün keçirmək istəyir. Ancaq bu şənliyə bütün məktəbli qızların sevimlisi - yaraşıqlı Ceykin gəlişi hər şeyi dəyişir. Gecə sürprizlərlə doludur. Şənlikdə Ceyk ilk məhəbbəti ilə rastlaşır və özündən asılı olmayaraq keçmiş xatirələr onu cənginə alır. İndi Ceyk çətin seçim qarşısında qalıb: keçmiş xatirələri yoxsa real hissləri seçsin?
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar