Cenna Duan

Cenna Duan

Aktrisa, prodüser

BİOQRAFİYA

Cenna Li Duan - amerikalı aktrisa, rəqqasə, kinoprodüser və sahibkardır. “İrəli addım” (2006) filmində oynadığı rola görə tanınır. 3 dekabr 1980-ci ildə ABŞ-ın Konnektikut ştatının Hartford şəhərində anadan olub. Atası “NotrDam Faytinq Ayriş” amerikan futbol klubunun keçmiş müdafiəçisidir. Atası livan-polşa əsillidir. Anasının damarlarından isə alman-ingilis qanı axır. Orta məktəbdə oxuduğu illərdə futbol komandasının ponpon qızı olub, dəstək qrupunun tərkibində bir sıra rəqs mükafatlarına layiq görülüb. 1999-cu ildə məktəbi bitirib. Cənubi Kaliforniya universitetinə daxil olduqdan sonra “Pi-Beta-Fi” qardaşlığının üzvü olub. 11 iyul 2009-cu ildə aktyor Çenninq Teytumla ailə qurub. Onlar buna qədər üç il görüşüblər. 31 may 2013-cü ildə Londonda cütlüyün Everli Elizabet Meyzell Teytum adlı qızı dünyaya gəlib. 2 aprel 2018-ci ildə onlar boşandıqlarını elan ediblər. Boşanmaya əsas kimi Duan xasiyyətlərinin uyğun gəlməməsi göstərilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%83%D0%B0%D0%BD,_%D0%94%D0%B6%D0%B5%D0%BD%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç