Linn Kollins

Linn Kollins

Aktrisa

BİOQRAFİYA
Viola Linn Kollins 16 may 1977-ci ildə ABŞ-da anadan olub. Məktəbi qurtardıqdan sonra Culyard dram məktəbinə daxil olub. Təhsil aldığı dövrdə və daha sonralar teatr səhnələrində Şeksprin qəhrəmanlarını oynayır. Nyu-Yorkda “Hamlet”in Ofeliyasını, Los-Ancelesdə “Romeo və Cülyetta”da Cülyettanı oynayır. 2001-ci ildə televiziya serialı olan “Qanun və qayda" serialında ilk dəfə rol alır. 2002-ci ildə ilk dəfə olaraq böyük kinoda “Qayıqdan çıxma!” filmində Lili rolunu canlandırır. 2006-cı ildə “Göldə ev” filmində Mona rolunu, 2004-cü ildə Şekspirin “Venesiyalı tacir” filmində Portianı oynayır və aktrisa bu filmlə parlaq dramatik istedadını ortaya qoyur. 2003-cü ildən görüşdüyü aktyor Stiven Streytlə 2007-ci ilin 23 dekabrında ailə qurur və 2013-cü ildə ayrılır. Daha sonra 2014-cü ildə musiqiçi Metyu Boylla ailə qurur. Aşer Hendriks Boyl adlı 2015-ci il təvəllüdlü bir övladı var.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Lynn_Collins

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç