Kris Prett

Kris Prett

Aktyor

BİOQRAFİYA

Kris Prett 21 iyun 1979-cu ildə Virciniyada (ABŞ) doğulub. Yuxarı sinifdə oxuyanda güləşlə məşğul olub. Məktəbi bitirəndən sonra kollecə qəbul olunur. Amma birinci semestrdən sonra kollecdən çıxır. 19 yaşlı Pretti aktrisa Rey Donq Çonq kəşf edir. 2001-ci ildə o, “Dulun sevgisi” serialında ilk rolunu almağa nail olur. Daha sonra isə “Tənha ürəklər” serialına dəvət alır. Prettin növbəti uğuru bir də 10 il sonra "Marvel" Studiyasına qatılandan sonra gəlir. Burada o, “Qalaktika keşikçiləri” filmində baş rol oynayır. Kriss Prett rejissor Ceyms Kemeronun “Avatar” filminə baş rola çəkilməyə çalışsa da, həmin rol Sem Uortinqtona nəsib olub. Onun əvəzinə Prett “Gəlinlərin müharibəsi” və “Cenniferin bədəni” filmlərinə çəkilir. 2011-ci ildə aktyor artıq çəkidən əziyyət çəkib, ancaq həyat yoldaşının dəstəyi ilə 14 kiloqram arıqlayıb və “Hər şeyi dəyişmiş insan” filmində əsas rollardan birinə çəkilib. Həmin film onun böyük kinoda məşhurlaşmasına şərait yaradıb. İş elə gətirir ki, bir müddətdən sonra “10 il sonra” filmi üçün əksinə, çəki artırmalı olur. 2013-cü ildə isə "Marvel"in “Qalaktika keşikçiləri” filmində baş rolun ona nəsib olması üçün nə az, nə çox, 27 kiloqram çəki atmalı olub. 2014-cü ildə Kris “Yur Dövrü parkı” fantastik filminin remeykinə çəkilir. Şəxsi həyatına gəlincə, 9 iyul 2009-cu ildə aktrisa Anna Ferislə ailə qurub. Onunla 2007-ci ildə “Məni evə apar” filminin çəkilişlərində tanış olub. Cütlüyün 2012-ci il təvəllüdlü Cek adlı oğlu var. 2017-ci ildə cütlük səkkiz illik nikahdan sonra ayrıldıqlarını elan edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Chris_Pratt

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç