Tanrının Şəhəri ( Cidade de Deus 2002 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, Fransa, Braziliya, 16+
Tanrının Şəhəri Cidade de Deus
130 dəq.
az, ru
720p, 360p
Kriminal Dram Məhəbbət Macəra Epik
8.3 TvSeans   8.6 IMDb   8 Kinopoisk  
Filmi izlə
Sonra izlə

Təsvir

Ekran əsərində hadisələr 20-ci əsrin 60-cı illərində cərəyan edir. Baş qəhrəmanlar Rio-de-Janeyronun favelalarından (yoxsul məhəllə) birində yaşayır. Raket – peşəkar və nüfuzlu fotoqraf olmağı arzulayan səkkiz yaşlı uşaqdır. Həmyaşıdı və dostu Dadinyo isə hələ yetkinlik yaşına çatmasa belə, həyatın əksər çətinliklərini görüb – o azyaşlı cinayətkardır. Dadinyo yerli qanqsterlərdən birinin rəhbərliyi altında silahlı qarət həyata keçirir, ilk dəfə olaraq adam öldürür. Həmin hadisədən illər ötür. Hər ikisi həddi buluğa çatır. Raketi nə qanuna tabe vətəndaş nə də cinayətkar adlandırmaq olmaz: bunların ikisinin arasındadır. Habelə dostu Dadinyo artıq iri bir cinayətkar dəstəyə başçılıq edir. Onun “aktivində” çoxsaylı qətllər var. Dadinyo yaxşı bilir ki, varlanmaq və böyük hörmət və izzət sahibi olmaq üçün ən yaxşı yol hakimiyyətə gəlməkdir. Böyük səylər göstərərək, bu məqsədinə doğru cəsarətli addımlarla irəliləyir. Ancaq istədiyinə nail olar-olmaz onun nəzarətində olan favelaların birində müharibə başlayır...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç