Mateus Naşterqaeli
Aktyor, rejissor, ssenarist
Mateus Naşterqaeli – Braziliyalı aktyor və rejissordur. Çoxsaylı Braziliya kinofilmlərinin çəkilişində iştirak edib. Daha çox 1997-ci ildə ekranlara çıxan “Sentyabrın dörd günü” (Four days in September) və 2002-ci ildə Braziliya kinosunu dünyaya tanıtmış “Tanrının şəhəri” kriminal dramında oynadığı ikinci plan rollarla məşhurlaşıb. İki dəfə “Grande Premio do Cinema Brasileiro” Braziliya kinomükafatının laureatı olub (ən yaxşı aktyor nominasiyasında). Eyni zamanda 2003-cü ildə “Sarı Manqo” filmində oynadığı ən yaxşı kişi roluna görə XIII Cine Ceará mükafatını qazanıb. 2008-ci ildə The Dead Girls Feast adlı trillerlə rejissor debütünü gerçəkləşdirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Matheus_Nachtergaele