Fernando Meyrelliş

Fernando Meyrelliş

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Fernando Meyrelliş 9 noyabr 1955-ci ildə Braziliyanın San-Paulu şəhərində anadan olub. Atası qastroenteroloq olub və atasının müntəzəm xarici səfərləri ilə əlaqədar Asiya və Şimali Amerikanın bir sıra ölkələrində olub. 12 yaşında ona kamera hədiyyə olunub. Həmin vaxtda Fernandoda film çəkməyə həvəs yaranıb. San-Paulu universitetinin memarlıq və inşaat məktəbini bitirib. Diplom işi olaraq Yaponiyada sənədli film çəkib. Məzun olduqdan sonra televiziya sahəsində işə düzəlib, reklam çarxları çəkməyə başlayıb. 1980-ci illərdə dostları ilə müstəqil kino şirkəti təsis edib və ölkədə ən iri reklam istehsalçılarından birinə çevrilib. Daha çox teleserial və qısametrajlı filmlər çəkib. İlk tammetrajlı filmi olan “Tanrının şəhəri” filmi ona dünya şöhrəti qazandırıb. Daha çox “Korluq” (2008), “Sadiq Bağban” (2005), “Tanrının şəhəri” (2002), “Başlanğıc” (2001) filmlərinin rejissoru kimi tanınır. Karyerası ərzində 22 lentə rejissorluq edib, 41 filmin prodüseri olub. Ən son rejissor işləri – “Papa” (2018) bədii filmi və “Kişilərin şəhəri” teleserialı (4 epizodu, 2017) sayılır. "Oskar” mükafatı namizədidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B5%D0%B9%D1%80%D0%B5%D0%BB%D0%BB%D0%B8%D1%88,_%D0%A4%D0%B5%D1%80%D0%BD%D0%B0%D0%BD%D0%B4%D1%83

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç