Seu Jorji

Seu Jorji

Aktyor, müğənni

BİOQRAFİYA

Seu Jorji - tanınmış braziliyalı musiqiçi və kinoaktyordur. Samba, soul, fank və MPB janrlarında musiqi ifa edir. Klassik Braziliya pop-sambası ənənələrinin davamçısı hesab olunur. Müğənni olaraq Jorji “Farofa Carioca” qrupunun tərkibində yaradıcılıq yoluna başlayıb. 1998-ci ildə işıq üzü görən “Moro no Brasil” debüt albomlarının əksər mahnılarını yazıb. 2001-ci ildə Jorji Ben Jora, Jilbert Jila, Milyon Nasimentin təsiri altında “Samba Esporte Fino” pop-albomunu buxarıb.  Braziliya hüdudları kənarında 2003-cü ildə “Karolina” adı altında çıxıb. Tənqidçilərin müsbət qarşıladığı ikinci “Cru” adlı albomu 2005-ci ildə işıq üzü görüb. Kinokaryerasına gəlincə, “Tanrının şəhəri” kriminal dramında mərkəzi rollardn birini oynayıb. Sözügedən lent ona bir sıra prestijli mükafatları qazandırıb. Daha sonra rejissor Ues Andersonunun “Su həyatı” filminin çəkilişlərinə qatılıb. Film üçün eyni zamanda Devid Bouinin klassik hitini portuqal dilində ifa edib, əksər saundtreklərin müəllifi olub. Aktyor məşhur Braziliyalı futbolçu Romarionun fanatıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B5%D1%83_%D0%96%D0%BE%D1%80%D0%B6%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç