Katya Lund

Katya Lund

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Katya Lund 1966-cı ildə Braziliyanın San-Paulu şəhərində dünyaya göz açıb. Valideynləri Braziliyaya mühacirət etmiş amerikalılardır. San-Paulu katolik məktəbini bitirib, orada incəsənət üzrə oxuyub. Ali təhsilini Brown Universitetində alıb.  Tələbə olduğu illərdə kinematoqrafiyaya maraq göstərib. Əvvəl müxtəlif reklam çarxları və musiqi kliplərinin yaradılmasında rejissor köməkçisi kimi fəaliyyət göstərib. Mayk Ceksonun “They Dont Care About Us” adlı məşhur mahnısının videoklipinin çəkilişində iştirak edib. İmkanlı ailədə doğulsa da, braziliya favelaları (yoxsul məhəllələri) haqqında geniş bilgiyə malikdir. 1996-cı ildə Rio favelalarında yeniyetmə narkotik vasitə alverçiləri haqqında “Daxili müharibə xəbərləri” adı sənədli filmini lentə alıb. Ekran əsəri 1999-cu ildə PBS telekanalında nümayiş olunub və Emmi mükafatını qazanıb. Lunda həmçinin bir çox braziliyalı və xarici musiqiçilərin videokliplərini çəkib. Bir neçə dəfə Latın Amerikasında MTV Video Music Awards mükafatı ilə təltif olunub. 2001-ci ildə Fernando Meyrelleş onun favellalar haqqında təcrübəsindən istifadə edərək, onunla birlikdə “Tanrının şəhəri” adlı blokbasteri ərsəyə gətirib.  Film tənqidçilərin müsbət rəyini qazanıb və dörd “Oskar” nominasiyası əldə edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://www.inoekino.ru/author.php?id=1773  

 

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç