Braulio Mantovani
Ssenarist, prodüser
Braulio Mantovani - braziliyalı ssenarist və yazıçıdır. San Paolonun Pontifisia Universitetində Portuqal dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil alıb. Peşəkar karyerasına 1987-ci ildə qədəm qoyub. Müxtəlif tamaşa pyesləri yazıb. 1990-cı illərin əvvəlində Nyu-Yorka köçüb. Orada Zbiqniyev Ribçinskinin köməkçisi və operator qismində fəaliyyət göstərib. Vətəninə qayıtdıqdan sonra rejissor Fernando Mereyleşin 2001-ci ildə çıxan “Palace II” qısametrajlı filminə ssenari yazıb. Növbəti ildə bu əməkdaşlıq öz böyük töhvəsini verib. Belə ki, yaratdıqları “Tanrının şəhəri” filmi Braziliya blokbasterinə çevrilir və 4 nominasiyada “Oskar” mükafatına namizəd olur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Br%C3%A1ulio_Mantovani