Leandru Firminu
Aktyor
Leandru Firminu – braziliyalı kino və teatr aktyorudur. Daha çox “Tanrının şəhəri” və “Kuboku necə çırpışdıraq” filmlərində canlandırdığı obrazlarla yadda qalıb. Leandru Firminu (Leandro Firmino) 24 iyun 1978-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində anadan olub. Əvvəl aktyor olaraq qısametrajlı filmlərin çəkilişində iştirak edib. Bununla belə özünə hərbi karyera qurmaq arzusunda olub və dram sənətini ciddiyə almayıb. Lakin bir gün dostunun təkidi ilə Fernandu Meyrellişun “Tanrının şəhəri” filminin kastinqinə qatılır. Həmin gün onun həyatında dönüş nöqtəsi yaradır. Belə ki, o rola təsdiq olunaraq Ze Pekeno personajı ilə dünya şöhrəti qazanıb. Bu iş Pekenoya çoxsaylı kino mükafatları , o cümlədən Adoro Cinema 2000 mükafatına nominasiya qazanıb (ən yaxşı mənfi rol ifası). Daha sonra “Kişilər şəhəri”, “Sifarişli gözəlçə” kimi seriallara çəkilib. Teatr səhnəsində “Voytsek” pyesində debüt edib. 2014-cü ildə Braziliya, Almaniya və Böyük Britaniyanın müştərək kinoməhsulu olan “Zibilxana” kriminal trillerində rol alıb. 2016-cı ildə Kayto Ortizin “Kuboku necə çırpışdıraq?” komediyasına çəkilib. Filmdə tərəf-müqabilləri Tais Araujo, Paulo Tifentaler, Danilo Qranqeya və Milyem Kortaş kimi aktyorlar olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/leandro_firmino/