Cek həm işindən, həm də ailə həyatından razıdır. Los-Ancelesdə gözəl həyat yoldaşı və uşaqları ilə yaşayır. Onun ən çox qorxduğu şey, əkiz bacısı olan Cilin evinə qonaq gəlməsidir. Eyniyumurtalı əkizlər olsalar da xasiyyətləri yerlə göy arasında fərqlənir. Fağır Cek Bronksda yaşayan bacısının ipə-sapa yatmayan, çılğın davranışlarından cana gəlib. Onun Şükranlıq bayramı münasibətilə ailəyə baş çəkməsi, Cekin firəvan həyatına son qoyur. Evin altını üstünə çevirən Cill qardaşının evini tərk etməyə tələsmir…
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar