Keti Holms

Keti Holms

Aktrisa

BİOQRAFİYA

Keti Holms 18 dekabr 1978-ci ildə ABŞ-ın Tolido şəhərində dünyaya göz açıb. Beşuşaqlı ailənin sonbeşiyi olub. Atası boşanma işləri üzrə ixtisaslaşmış vəkildir. Keti ingilis, irland və alman əsillidir. 14 yaşında model məktəbinə daxil olub. 1996-cı ildə “Bülbülü öldürmək” romanından monoloqu ucadan oxuyaraq Enq Linin “Buzlu külək” filmində rol alır. 1997-ci ildə “Baffi – vampir ovçusu” teleserialına dəvət alsa da, təhsilini başa vurmaq üçün ondan imtina etməli olur. Bununla belə, “Douson buxtası” teleserialında baş rolu qazanır. Serial 2003-cü ilə qədər davam edir və onun ABŞ-da şöhrət qazanmasına səbəb olur. Kinoda ilk dəfə olaraq baş rolu 1999-cu ildə “Missis Tinqlı öldürməli” filmində oynayıb. Ən məşhur filmi Kristofer Nolanın “Betmen: Başlanğıc” (2008) blokbasteridir. Filmin sikveli sayılan “Qara sərkərdə”nin çəkilişlərində isə iştirak etməyib. Onu Betmenin sevgilisi rolunda Meggi Cillenhol əvəz edib. Şəxsi həyatına gəlincə, “Dousen buxtası” serialının çəkilişləri zamanı tərəf müqabili, aktyor Coşua Ceksonla görüşüb. 2000-ci ildə Kris Kleynlə tanış olub və münasibətləri 2005-ci ilə kimi davam edib. Həmin ilin aprelində məşhur aktyor Tom Kruzla görüşməyə başlayıb. Bir il sonra onların Suri adlı qızları doğulub. Cültük münasibətlərini 2006-cı ildə İtaliyada rəsmiləşdirib. 2012-ci ildə Holms boşanma üçün məhkəməyə müraciət edib və qızı Surinın yeganə qəyyumu olmağa nail olub. Onun açıqlamasına görə, boşanmaya səbəb Kruzun “sayentologiya” cəmiyyətinin qatı üzvü olması və qızını tez-tez həmin kilsəyə aparması ilə əlaqədar olub. Boşandıqdan sonra Holms yenidən katolik olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Katie_Holmes

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç