Kəpənək Effekti ( The Butterfly Effect 2004 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, ABŞ, Kanada, 16+
Kəpənək Effekti The Butterfly Effect
113 dəq.
az, ru, en
1080p, 720p, 360p
Elmi-Fantastika Məhəbbət Macəra Triller Saqa
7 TvSeans   7.7 IMDb   8.1 Kinopoisk  
Filmi izlə
Sonra izlə

Təsvir

Baş qəhrəman Evan uşaq yaşlarından bəri yaddaş itkisindən əziyyət çəkib. Həyatının bir çox epizodları ümumiyyətlə xatirəsindən silinib. Bu xəstəlik ona irsi olaraq keçib. Belə ki, həm atası, həm də babası psixi problemlərdən əziyyət çəkib və günlərinin sonlarını ruhi-əsəb dispanserində keçirib. Ən qəribəsi odur ki, Evan başına gələn xoşagəlməz və dəhşətli hadisələr zamanı özündən gedir və oyandıqdan sonra nə baş verdiyini xatırlamır. Psixiatr ona həyatında baş verən hadisələri qeyd etməyi, gündəlik tutmağı tövsiyə edir. Həkim əmindir ki, bu müalicə metodu, hafizənin bərpasını stimullaşdıracaq. Psixiatrla görüşdən uzun illər keçir. Evan artıq başqa şəhərdə, uşaqlıq dostlarından uzaqda yaşayır. Günlərin bir günü uşaqlıq gündəliyini oxuyan zaman onun köməkliyi ilə müəmmalı şəkildə keçmişə qayıda bildiyini aşkarlayır. Zaman səyahəti təkcə onun təxəyyülündə baş vermir, çünki keçmişdə etdiyi hərəkətlər bilavasitə gələcəyə təsir edir...

Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Erik Bress, C. Makki Qruber
Ssenarist(lər):
Erik Bress, C. Makki Qruber
Baş Rollarda:
Eşton Kutçer, Emi Smart
Digər Rollarda:  
Con Patrik Amedori, Loqan Lerman, İtan Sapli

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

ismayilovali   22.03.2024
Əla filmdir. ANS in vaxtlarında baxmışdım, təkrar baxdım. İzləməyənlərə mütləq tövsiyyə edirəm.
1
asif   13.08.2023
izləməyə deyər
1
Xeyal   26.05.2023
Paralel kainat nəzəriyyəsi. Kvant fizikası sonsuz sayda paralel kainatlar ola biləcəyini ehtimal edir. Kvant nəzəriyyəsinə əsasən bu mümkündür. Bu film də buna əsaslanıb.
Möhtəşəm filmdir. Astronomiya, fizika, biologiya kimi təbiət elimlərdən anlayışı olanlar üçün bu film Möhtəşəmdir.
4