İtan Sapli

İtan Sapli

Aktyor

BİOQRAFİYA

İtan Sapli 25 may 1976-cı ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Valideynləri – Debbi və Bill Sapli də aktyorluqla məşğul olub. Onlar Brodveydə tamaşada çıxışları zamanı tanış olublar. Aktyor “Mənim adım Erldir” adlı məşhur teleserialda atası ilə birgə çəkilib (atası birgözlü poçtalyonu oynayıb). İtana şöhrət qazandıran iş isə məhz sözügedən komedik serial olub. Bununla belə, dramatik filmlərdə də ikinci dərəcəli rollarda oynayıb. 2004-cü ildə Eşton Kutçerlə birlikdə “Kəpənək effekti” filmində rol alıb. Daha sonra 2009-cu ildə “İdarəolunmaz” filmində iştirak edib. Sapli Brendi Lüislə evlidir. Cütlüyün birgə nikahdan iki qızı var. Aktyor Tom Kruz və bir çox məşhur Hollivud ulduzları kimi “Sayentologiya kilsəsinin” üzvüdür. Ən yadda qalan rolları “Amerika tarixi İks”, “Titanları Xatırlayarkən”, “Kəpənək effekti”, “Mənim adım Erldir” və “İdarəolunmaz” filmlərində oynadığı obrazlardır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Ethan_Suplee

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç