Loqan Lerman
Aktyor
Loqan Lerman 19 yanvar 1992-ci ildə ABŞ-da anadan olub. "Kəpənək effekti" filmində çəkilib. 2004-cü ildən 2009-cu ilə qədər Lerman kiçik rolları ilə karyerasına davam edib. 2010-cu ildə Loqan "Persi Cekson və şimşək oğrusu" filmində Persi Cekson rolunu canlandıraraq, baş rolda oynayıb. Bu filmlə məşhurlaşan Lerman 2011-ci ildə "Üç muşketyor" filmində Dartanyan rolunu oynayaraq, karyerasında son iki filmi ilə böyük tərəqqi əldə edib. Lerman məşhur Harri Potter ulduzu Emma Vatsonla birlikdə "The Perks of Being a Wallflower" filmində baş rolda oynayıb. Bu filmlərlə o daha da məşhurlaşıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Logan_Lerman