Con Patrik Amedori

Con Patrik Amedori

Aktyor, musiqiçi

BİOQRAFİYA
Con Patrik Amedori 20 aprel 1987-ci ildə Baltimorda (ABŞ) doğulub. Amedori şəhərdə “Almost Famous” musiqili filmin çəkiləcəyini eşidir və filmin rejissoru Kemeron Krounun yanına gedir. Rejissor filmdə ona kiçik rol verir. Sonra digər filmlərdə kiçik rollarda oynamağa davam edir. 2004-cü ildə “Kəpənək effekti” fantastik filmi ilə debüt edib. Patrik həm də bir çox seriallarda epizodik rollarda oynayıb. 2006-cı ildə Patrik “Missing” filminin əsas aktyor heyətində olub və filmdə ABŞ senatorunun oğlunu oynayıb. 1996-ci ildən o, həm də musiqi ilə maraqlanır. Sevimli qrupu “Nirvana” pank-rok qrupudur. Doqquz yaşından gitarada çalmağı bacarır, 11 yaşında ən yaxın dostu ilə birlikdə “Sanitarum” qrupunu yaradır. Hal-hazırda “Ceesau” qrupunun vokalçısıdır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/John_Patrick_Amedori

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç