Emi Smart

Emi Smart

Aktrisa

BİOQRAFİYA

Emi Layl Smart 26 mart 1976-cı ildə Kaliforniyada (ABŞ) anadan olub. Anası Pola Getti muzey işçisi, atası satış mütəxəssisi olub. Rəfiqəsi Vinessa Şoudan ilhamlanaraq, məktəb illərində 10 ilə yaxın baletlə məşğul olub. 16 yaşında aktyorluq sənəti üzrə dərslərə yazılıb. 13 yaşında model karyerasına qədəm qoyub. Peşəsi ilə əlaqədar İtaliya, Fransa, Meksika və Taiti kimi ölkələrdə yaşayıb. 15 ildən çox aktyor Brendon Uilyamsla vətəndaş nikahında olub. 10 sentyabr 2011-ci ildə aparıcı və model Karter Usterhausla ailə qurub. Toya qədər bir il ərzində görüşüblər. Cütlüyün 2016-cı il təvəllüdlü qızı var. Sonsuzluqdan əziyyət çəkdiyindən Flora adı verilmiş qız surroqat ananın köməkliyi ilə dünyaya gəlib. Model karyerasına İtaliyada qədəm qoyub. Daha sonra aktyorluq məktəbində oxuyub. Kinoda ilk işi 1997-ci ildə ekranlara çıxan “Ocaq başında danışılan nağıllar” filmi olub. Daha sonra “Tələbə komandası” (1999), “Yol əhvalatları” (2000), “Siçovul qaçışı” (2001), “Kəpənək effekti” (2004), “Sadəcə dostlar” (2005), “Güzgü” (2008), “Tənha analar klubu” (2014) kimi filmlərdə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BC%D0%B0%D1%80%D1%82,_%D0%AD%D0%BC%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç