Eşton Kutçer
Aktyor, ssenarist, prodüser
Kristofer Eşton Kutçer 7 fevral 1978-ci ildə ABŞ-ın Ayova ştatının Sidar-Rapids şəhərində anadan olub. Anası irlanddır. Mühafizəkar ailədə katolisizm tərbiyəsi görüb. Kutçerin özündən böyük Tauşa adlı bacısı və uşaqlıqda ürək transplantasiya əməliyyatına məruz qalmış Maykl adlı əkiz qardaşı var. Eşton "Washington High" orta məktəbində oxuyub. Daha sonra ailəsi Homsted şəhərinə köçdükdən sonra orta təhsilini Clear Creek Amana High məktəbində davam etdirib. Gələcək aktyor məktəb tamaşalarında aktiv şəkildə iştirak edib. Özünün dediyinə görə, müxtəlif dərnəklərdə iştirak etməsi, qardaşının kardiomiopatiyadan əziyyət çəkməsi ilə əlqədar olub: “Evə qayıtmaq istəmirdim, çünki istənilən dəqiqə qardaşımın halı pisləşə bilərdi…bu barədə fikirləri başımdan atmaq üçün müxtəlif şeylərlə məşğul olurdum, vaxt öldürürdüm. Aktyor eyni zamanda yeniyetməlik dövründə intihara meyilli olduğunu etiraf edib. Onun sözlərinə görə 13 yaşında olanda şəhər xəstəxanasının eyvanından özünü atmaq istəyib. Ona ən son anda atası mane olub. 16 yaşında valideynləri boşanıb. Bundan hiddətlənən Kutçer oxuduğu məktəbə talan məqsədilə basqın edib. Ancaq polis onu yerindəcə yaxalayıb. O 180 saat islah işlərinə cəlb olunub və 3 il şərti olaraq azadlıqdan məhrum edilib. Özünün dediyinə görə bu hadisələr onun əməlli başlı uçuruma yuvarladıb, sevgilisi onu atıb, universitet təqaüdündən məhrum olub. Qohumları və katolik kilsəyə hər bazar toplaşan insanlar onun üzünə baxmayıb. 1996-cı ildə Eşton Ayova universitetinə daxil olub. Mühəndis-biokimyaçı ixtisası üzrə təhsil alıb. Qardaşının xəstəliyinin əlacını tapmağı qarşısına məqsəd qoyan Eşton əlinə ixtisasa aid kitablar alaraq, gərgin şəkildə oxumağa başlayıb. Ancaq tezliklə qonşuları onun səsküylü olmasından şikayət etdikdən sonra Kutçeri tələbə yataqxanasından uzaqlaşdırıblar. “Həmin vaxt mənə elə gəlirdi ki, artıq bu həyatda hər şeyi görmüşəm, ancaq məni qarşıda nələrin gözlədiyini təsəvvürümə belə gətirə bilmirdim. Gecələrimi şənliklərdə içki məclislərində keçirirdim, səhərlər oyanıb, ötən gecə nələrin baş verdiyini xatırlamırdım. Sağ qalmağıma özüm də təəccüblənirəm.” deyə aktyor bildirib. Daha sonra Kutçer “Delta Chi” adlı kişi icmasına qoşulur. Pul qazanmaq üçün Kutçer “General Mills”zavodunda işləyib, həmçinin əlavə gəlir olaraq qan verib. Həmin moda sahəsinə yaxın insanlardan biri onu “The Airliner” barında görüb və ona Fresh Faces Of Iowa adlı kişilər arasında gözəllik müsabiqəsində iştirak etməyi təklif edib. Müsabiqədə birinci yeri tutan Eşton kolleci ataraq, Nyu-Yorka yollanıb. Orada “International Modeling & Talent Association” istedadlıların və modellərin üzə çıxarılması agentliyində baxışda olub. Bir müddət doğma şəhərində qaldıqdan sonra aktyor karyerasının ardınca Los-Ancelesə köçüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ashton_Kutcher