"The Batman"də Yer Alacaq Batmobile’in Kadrları Paylaşıldı!

06 Mart, 2020

Robert Pattinson’un baş rolunu üstləndiyi The Batman’in rejissoru Mett Rivz (Matt Reeves), filmdə yer alacaq Batmobile’in kadrlarını paylaşdı. Cloverfield, Let Me In, Meymunlar Planeti: Müharibə (War for the Planet of the Apes) kimi uğur qazanan filmlərə imza atan Mett Rivzin (Matt Reeves) yazıb, rejissoru olduğu The Batman‘in çəkilişlərinə başlanması ilə birlikdə filmdən ilk görüntülər də ortaya çıxmağa başladı. İlk olaraq Mett Rivzin (Matt Reeves), Robert Pattinson’u Batman kostyumu içində gördüyümüz ilk videoyu paylaşmış, qısa müddət sonra isə Batman kostyumunu çox daha açıq bir şəkildə göstərən çəkiliş kadrları paylaşılmışdı. Bugün bu görüntülərə yeniləri əlavə olundu.



Kristofer Nolan (Christopher Nolan) The Dark Knigth üçləməsindəki Batmobile’dan əlavə Timoti Börtonun (Tim Burton) Batman filmlərindəki Batmobile’i andıran yeni avtomobil, filmlə bu ana gələn məlumatlarla üst-üstə düşür. Qəhrəman olaraq hələ yolun başında olan Bruce Wayne kimi avtomobilin də son vəziyyətinin olmadığı və görüntü olaraq, modifikasiya edilmiş adi bir maşına olduqca yaxın olduğunu görürük.



Robert Pattinson’un baş rolunu üstləndiyi The Batman, diqqət çəkən aktyor heyətini bir araya gətirir. Filmdə Catwoman’ı Zoi Kravits (Zoë Kravitz), Batman komikslərinin ən vacib mənfi xarakterləri arasında yer alan The Riddler’ı Pol Dano (Paul Dano), bir digər ikonik mənfi xarakter olan Penguin’i Kolin Farrell (Colin Farrell), Komiser Gordon’ı Ceffri Rayt (Jeffrey Wright), Alfred’i Endi Serkis (Andy Serkis), Carmine Falcone’u isə Con Turturro (John Turturro) canlandırır. Bundan əlavə Piter Sarsqaard (Peter Sarsgaard) və Juliard’dan yeni məzun olan gənc aktyor Jayme Lawson‘ın da komikslərdə yer almayan yeni xarakterlərə həyat verəcəyi açıqlandı. Ancaq bu açıqlamanın yanıltma məqsədli olduğu və Piter Sarsqaardın (Peter Sarsgaard) Two Face olaraq da bilinən Harvey Dent’ə, Jayme Lawson’ın isə zamanla Batgirl’ə çevrilən Barbara Gordon’a həyat verəcəyi yönündə fərziyələrin olduğunu da qeyd etmək lazımdır. İstər Mett Rivz (Matt Reeves) imzası daşıması, istərsə də bir araya gətirdiyi aktyor heyəti ilə bugünə qədər çəkilən ən həyəcan verici super qəhrəman filmlərindən biri olan The Batman filminin 25 iyun 2021-də premyerası planlaşdırılır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər