Zoi Kravits

Zoi Kravits

Aktrisa

BİOQRAFİYA

Zoi İzabella Kravits 1 dekabr 1988-ci ildə Los-Ancelesdə (ABŞ) məşhur müğənni Lenni Kravits və model Liza Bonenin ailəsində dünyaya gəlib. Beş yaşı olanda Zoinin valideynləri boşanırlar. Zoi əvvəlcə anası ilə yaşayır. Lakin Liza Bone aktyor Ceyson Momoa ilə evləndikdən sonra Zoi Mayamiyə atasının yanına gedir. Məhz Lenni Kravits Zoiyə nümunə və yaxşı dost olur. 11 yaşından sonra Zoi yalnız yayda anasının yanına gedirdi. Ona görə də aralarında soyuq münasibət yaranır. Aşağı sinifləri Mayamidə oxusa da, yuxarı sinifdə Nyu-Yorkda məktəbə gedir. Məktəbi bitirdikdən sonra özünü model biznesində sınamaq qərarına gəlir. İlk fotossesiyası 18 yaşı olanda “ELLE” jurnalı üçün olur. Sonra “Teen Vogue” və “Vanity Fair” kimi məşhur jurnallarla çalışmağa başlayır. Sonra Zoi Nyu-York Konservatoriyasının aktyorluq bölməsinə daxil olur. Lakin aktyorluq sənəti onun üçün ikinci dərəcəli olduğuna görə bir il sonra konservatoriyanı tərk edir və öz sənətinə geri qayıdır. 2007-ci ildə Zoinin iştirakı ilə “Həyatın dadı” filmi ekrana çıxır. Elə həmin il məşhur aktrisa Codi Fosterlə “Cəsur qadın” trillerində çəkilir. Dünya şöhrətli ulduzlarla eyni layihədə iştirakı Zoinin karyerasına təsir göstərir. 2009-cu ildə Pirs Brosnanın baş rolda çəkildiyi “Ən yaxşı” dramında çəkilir. Növbəti il Zoi “12”, “Bu çox qəribə əhvalatdır” filmlərində iştirak edir. Kravitsin kinokaryerasında böyük dönüş yaranır. 2001-ci ildə Zoiyə dünya şöhrəti qazandıran “X-Adamlar: Birinci dərəcə” fantastik filmində çəkilir. Filmdə xüsusi bacarığa malik cazibədar mutant obrazını canlandırır. 2008-ci ildə Zoi Kreyq Lukasın “Amerikanın quşları” filmində Metyu Perri, Ben Foster, Hilari Suonk və Cennifer Qudvin kimi məşhurlarla çəkilir. Filmin çəkilişləri zamanı Ben Fosterlə sevgi münasibətləri yaranır. Bu münasibət 2008-ci ilin sonunadək davam edir. “Məktəb prezidentinin qətli” komediyasında Zoinin tərəf-müqabili Brüs Uillis olur. 2014-cü ildə “Divergent” filmində baş qəhrəman Beatrisin rəfiqəsi Kristinanı canlandırır. 2015-ci ildə Corc Millerin ”Dəlisov Maks: Qəzəb yolu” filmində Tost personajını oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Zo%C3%AB_Kravitz

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç