Robert Pattinson
Aktyor, prodüser
Robert Pattinson 13 may 1986-cı ildə Böyük Britaniyanın London şəhərində anadan olub. Anası Kler model agentliyində çalışıb, atası Riçard ABŞ-dan avtomobil ixracatı ilə məşğul idi. Pattinson "Tower House" məktəbində təhsil alıb. Əvvəllər arxa planda aktyor kimi çəkilirdi, təcrübə yığdıqdan sonra daha əhəmiyyətli rollara dəvət alır. Pattinsonun Viktoriya və Lizzi adında iki bacısı var. Victoriya reklam ilə məşğul olur, Lizzi müğənnidir və mahnı bəstələyir. Robert aktyor karyerasına təxminən, 15 yaşında teatrda kiçik bir rolla başlayıb. O, "Fillərə su!", ”Hər şey gəlir”, ”Məni yadda saxla”, ”Sevgili dost”, “Hər şey gedir" filmlərində rol alıb. Amma tamaşaçılar onu daha çox "Alatoranlıq" filmlərindəki Edvard Kallen rolundan tanıyıblar. Bu rolu ona dünya şöhrəti qazandırıb. 2017-ci ildə "Xoş vaxt" filmində rol alıb. Şəxsi həyatına gəlincə, Pattinson 2009-cu ildən "Alatoranlıq" filmində tanış olduğu Kristen Stüartla görüşüb. 2012-ci ildə cütlük K.Stüartın xəyanətinə görə ayrılır. 2014-cü ildə Pattinson "FKA twigs"in ifaçısı ilə görüşməyə başlayır, lakin cütlük 2017-ci ildə ayrılır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Robert_Pettinson