Pol Dano

Pol Dano

Aktyor, prodüser

BİOQRAFİYA

Pol Franklin Dano - amerikalı kinoprodüser, rejissor və aktyordur. “Qızıl qlobus”, BAFTA və “Oskar” mükafatlarına namizəd olub. Pol Franklin Dano 19 iyun 1984-cü ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. Valideynləri Pol və Qledis Danodur. Sara adlı kiçik bacısı var. İlk bir neçə ilini Nyu-Yorkda yaşayıb. Ardınca ailə Nyu-Kanaana (Konnektikut ştatına) köçüb. Dano məktəbi bitirdikdən sonra Yucin Lanq kollecində oxuyub. Uşaq yaşlarından teatr sənətinə maraq göstərib. 12 yaşında ilk dəfə səhnəyə çıxıb. 17 yaşında olanda “Yalan” filmində ilk baş rolunu oynayıb. Daha sonra müxtəlif kino filmlərdə ikinci plan rollar alıb. Karyerasının ən uğurlu rollarından biri “Neft” (There will be blood) filmində inadkar yeniyetmə keşiş rolu sayılır. Son illər (2019-cu il-qeyd) daha çox müstəqill rejissorlar tərəfindən lentə alınan filmlərə çəkilir. Kino və teatr fəaliyyəti ilə yanaşı həmdə gitaraçı və “Mook” qrupunun vokalistidir. 2007-ci ildə “Rolling stone” jurnalı Danonu ən yaxşı gitaraçıların siyahısına daxil edib. 2007-ci ildə aktrisa Zoi Kazanla vətəndaş nikahındadır. Onların 2018-ci ildə qızı dünyaya gəlib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B0%D0%BD%D0%BE,_%D0%9F%D0%BE%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç