Kristofer Nolan

Kristofer Nolan

Rejissor, ssenarist, prodüser, operator, montajçı, bəstəkar

BİOQRAFİYA

Kristofer Nolan 30 iyul 1970-ci ildə Londonda (İngiltərə) ingilis ailəsində dünyaya gəlib. Kiçik yaşlarından film çəkməyə marağı olan Nolan atasının ona videokamera alması ilə bu hobbisinin artıq daha real olmasına çalışır. Onun ilk fimi 1997-ci ildə reallaşdırığı qısametrajlı “Doodlebug” filmi olur. Nolan bu filmi ilə Hollivudda gələcək vəd edən rejissor kimi tanınmağa başlayır. Filmdə qismən fantastik məcrada psixoloji gərginliyi əks etdirən Nolan sonda verdiyi ismarışla filmin yekununu süjetə tam uyğun şəkildə ifadə edir. Növbəti filmində də birlikdə işləyəcəyi Ceremi Teobald bu filmdəki yeganə aktyor idi. 1998-ci ildə Nolan ilk tammetrajlı filmi olan “Təqib” filmini ərsəyə gətirir. 69 dəqiqəlik ağ-qara film həm kadr ardıcıllığının mükəmməl qurulması, həm bəzi dərin psixoloji aspektlərin dəqiq əks etdirilməsi, həm də əla ssenarisi ilə bir çox kino tənqidçiləri tərəfindən bəyənilir. Nolan filmində həmçinin gələcəkdə reallaşdıracağı “Batman” filmi haqqında da ismarışlar verir. İki il sonra o, özünün şedevr filmlərindən biri olan “Yaddaş kitabçası “filmini çəkir. Filmin ssenarisini qardaşı Conatan Nolanla yazan rejissor bu ssenari ilə "Akademiya mükafatı"na da namizəd olur. Ssenarinin mükəmməlliyi isə onun heç kim tərəfindən tam mənada dərk oluna bilməməsi idi. Filmdə xanımının qatilini axtaran bir sığorta işçisinin öz hafizəsi və müəmmalı tanışları ilə apardığı mübarizə və başına gələnlər əks etdirilir. Filmin finalını ilk səhnədə bizə göstərən Nolan 113 dəqiqəlik filmi geriyə doğru tamaşaçılara göstərməklə, bu filmin bir dəfə izlənilməklə başa düşülə bilinməyəcəyini nümayiş etdirir. Baş rollarda Qay Pirs, Keri Anna Moss və Co Pantolianonun oynadığı film Hollivudun ən çətin anlaşılan filmləri arasındadır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Kristofer_Nolan

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç