Timoti Uolter Börton 25 avqust 1958-ci ildə ABŞ-da anadan olub. Uşaqlıq illəri Kaliforniyada keçib. Valideyinləri yaradıcılıqdan uzaq olsalar da, qardaşı Deniel Börton məşhur rəssam olub. Orta məktəbi başa vurduqdan sonra Kaliforniya İncəsənət İnstitutunun animasiya fakültəsinə qəbul olunur və cizgi filmləri, bədii filmlər üçün maraqlı şəkillər çəkməyə davam edir. Tələbəlik illərində qısametrajlı filmlər çəkməyə başlayır. Universiteti bitirdikdən sonra "Uolt Disney" studiyası tərəfindən personajların dizayneri vəzifəsinə dəvət alır, sonradan animator funksiyasını yerinə yetirir. Studiyada çalışdığı müddət ərzində dəfələrlə işdən çıxır, sonradan dəvət olunur. Börton “Üzüklər hökmdarı” filminin yaranmasında iştirak edib. Lakin hərbi xidmətlə əlaqədar olaraq Disney studiyasını tərk etməli olur. 1984-cü ildə “Frankevini” adlı ilk filmini çəkir. Pol Rubens “Frankevini” filmini izlədikdən sonra Börtonda olan xüsusi fantaziya və bacarığı görür və onun sayəsində “Pi-Vinin böyük macərası” adlı ilk tammetrajlı filmin çəkilməsi üçün sifariş alır. Börtonun ilk böyük uğuru 1989-cu ildə “Betmen” filmindən sonra baş tutur. 1992-ci ildə “Betmen qayıdır” filmini çəkir. 2001-ci ildə “Meymunlar planeti” filminin çəkilişləri zamanı məşhur britaniyalı aktrisa Helena Bonem Karterlə sevgi münasibətləri yaranır. 2001-2012-ci illər arasında “Nəhəng balıq”, “Çarli və şokolad fabriki”, “Gəlinin cəsədi” filmlərini çəkir. ”Nəhəng balıq” tənqidçilər tərəfindən bəyənilmir və rejissorun tükəndiyini fikirləşməyə başlayırlar. Lakin həmin il “Alisa möcüzələr diyarında” filmini təqdim edir və Börton müasir dövrün parlaq, xarizmatik, çoxşaxəli rejissoru olduğunu sübuta yetirir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Tim_Burton