Entoni Hopkins "Cus and Mike" Filmində Rol Alacaq!

24 Fevral, 2020

Peşəkar aktyor Entoni Hopkins (Anthony Hopkins), "Con Kyu" (John Q) və "Xatirə Dəftəri" (The Notebook) filmləri ilə tanınan Nik Kassavetisin (Nick Cassavetes) Cus and Mike filmində Mike Tyson’ın məşqçisi Cus D’Amato’yu canlandıracaq.

2014-cü ildə Ceymi Foksun (Jamie Foxx), boks tarixinin ən tanınmış adlarından biri olan Mike Tyson‘ı canlandıracağı bir filmdə rol alacağı, hətta filmi də peşəkar rejissor Martin Skorsezenin (Martin Scorsese) rejissorluq edəcəyi xəbərləri yayılmışdı. İllər sonra bu mövzuda yeni bir yenilik yaşanmadı. Bundan əlavə başqa bir filmdə Brüs Uillisin (Bruce Willis), Mike Tyson’ın məşqçisi Cus D’Amato‘yu canlandıracağı xəbərləri də bir dövr film gündəminin mərkəzində yer almışdı.



Gəlinən nöqtədə bu iki proyekt çəkilmədən təxirə salınmışdı. Ancaq bu vəziyyət bu mövzuda başka bir filmin çəkilməyəcəyi mənasına gəlmir. "Con Kyu" (John Q), "Xatirə Dəftəri" (The Notebook) və My Sister’s Keeper filmləri ilə tanınan Nik Kassavetisin (Nick Cassavetes), Mike Tyson ilə Cus D’Amato arasındakı münasibəti mövzu götürəcək Cus and Mike filmi üçün hazırlıqlara başladı. Nik Kassavetisin (Nick Cassavetes) rejissoru olacağı bu filmdə Cus D’Amato’yu canlandıracaq ad isə məlum oldu. Entoni Hopkinsli (Anthony Hopkins) Cus and Mike’ın çəkilişlərinin yaz və yay aylarında başlanması gözlənilir.

Картинки по запросу "Mike Tyson’s Legendary Trainer Cus D’Amato In Boxing Movie ‘Cus And Mike’"

Deadline’ın xəbərinə görə son olaraq Fernando Meyrelliş (Fernando Meirelles) imzalı The Two Popes ilə “Oskar”a namizəd olan peşəkar aktyor Entoni Hopkins (Anthony Hopkins), Cus and Mike filmində Mike Tyson’ın məşqçisi Cus D’Amato’yu canlandıracaq. Entoni Hopkinsli (Anthony Hopkins) film, birlikdə çalışmaya başlayan Mike TysonCus D’Amato arasındakı idmançı-məşqçi münasibətini zamanla bir ata və-oğul münasibətinə çevrilməsinə çevriləcək. Eyni zamanda film, Mike Tyson’ın idman dünyasında müzakirə olunan bir fiqur halına gəlməsini göstərəcək.

Mike Tyson’ın gəncliyini hansı aktyorun canlandıracağı hələ açıqlanmayıb. Montieth Illingworth‘ün Mike Tyson: Money, Myth, and Betrayal romanından adaptasiya olunacaq filmin yaz və yay aylarında çəkilməsi planlaşdırılır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər