Brüs Uillis

Brüs Uillis

Aktyor, prodüser

BİOQRAFİYA
Uolter Brüs Uillis 19 mart 1955-ci ildə Almaniyanın İdar-Oberştayn şəhərində dünyaya gəlib. Atası amerikalı, anası isə almandır. Brüsün atası David qaynaqçı idi. 1957-ci ildə ailə Nyu-Cersiyə (ABŞ) köçür. Brüs dörduşaqlı ailədə ən böyükləri idi. O, kiçik yaşlarında kəkələyirdi. Bu çətinliyə qalib gəlmək üçün məktəb teatrına yazılır. Onun böyük auditoriya qarşısında səhnəyə çıxmaqdan çox xoşu gəlirdi. Beləliklə, dram məktəbinə yazılır və Şekspirin səhnəciklərini canlandırırdı. Daha sonra Uillis Monklerdə yerləşən dövlət kollecinə daxil olur. Onun ardınca isə Nyu-Yorka (ABŞ) üz tutur. O, barlarda işləyir və folklor ansambllarında ifa edirdi. Səhnəyə düşə bilmək üçün var gücü ilə çalışırdı. Beləliklə, barmen işlədiyi dövrdə öz filminə qısa rolda səhnə almaq üçün barmen axtaran rejissorla tanış olur. Brüs Uillisin obrazı rejissorun xoşuna gəlir və rolu ona təklif edir. Şöhrət isə dərhal gəlmir. 1985-ci ildən 1989-cu ilə kimi davam edən "Detektiv bürosu – ay işığı" teleserialına qədər Uillis bir neçə il az tanınmış şəhər teatrlarında və televiziya şoularında qısa rollar ifa edir. Bu seriallarla o, komediya aktyoru kimi tanınır. Amma 1988-ci ildə baş rola çəkildiyi "Məğlubedilməz" döyüş filmi ilə artıq bütün dünyada tanınır, milyonlarla insanın kumiri olur. Bundan sonra o, yenə də böyük səs-küy salan döyüş filmlərində baş rol alır. Onlar arasında "Beşinci element" və "Merkuri təhlükədədir" filmləri də var. 1987-ci ildə Demi Murla evlənir. Ondan üç qızı var. Hamı onları nümunəvi ailə kimi tanısa da, cütlük böyük sürpriz edərək 2000-ci ildə ayrılır. Amma dostluq münasibətlərini itirmirlər. 2009-cu ildə Brüs Uillis özündən 22 yaş kiçik model Emme Heminqlə evlənir. Karib dənizində yerləşən adalarda keçirilən nikah mərasimində Uillisin üç qızı, keçmiş həyat yoldaşı Demi Mur, Demi Murun gənc həyat yoldaşı Eşton Katçer və Madonna iştirak edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Br%C3%BCs_Uillis

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç