Noy yoxsul ailədən çıxmış yaraşıqlı və cazibədar oğlandır. Elli isə kübar, zəngin ailənin füsunkar qızıdır. Parkda tanış olduqdan sonra Noy Ellini görüşə dəvət etsə də, o bu təklifi qəbul etmir. Baş qəhrəman ruhdan düşməyərək, israrlı şəkildə Ellinin diqqətini cəlb etməyə çalışır. Günlərin bir günü qız özü də Noya bir könüldən min könülə aşiq olduğunu anlayır. Onlar artıq birlikdə unudulmaz günlər keçirirlər. Aşiq və məşuqun sevgi dolu həyatında zaman bir növ dayanıb. Ancaq Ellinin valideynləri cütlüyün sosial statusundakı uçuruma görə, onların romantik münasibətlərinə qəti şəkildə qarşı çıxır. Tezliklə ailəsi Ellini də götürərək uzaq diyara yollanır. Noy sevgili cananından bir xəbər almaq üçün ona çoxsaylı məktublar yazır, ancaq bütün səyləri boşa çıxır. İkinci dünya müharibəsi başlayır. Noy cəbhəyə yollanır, Ellini isə sevmədiyi bir kişiyə ərə verirlər. Lakin bir gün hadisələr axınının gözlənilməz məcra alması nəticəsində yenidən rastlaşırlar. Görəsən onlar bir-birinə qovuşa biləcək?...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar