Anna Fosterin 18 yaşı var və o ABŞ-ın “birinci qızıdır”. O mənada ki, atası Amerika Birləşmiş Ştatlarının prezidentidir. Rəfiqələri ona həsəd aparsalar da, onlar Annanın şəxsi həyatının qorxulu yuxuya bərabər olduğunu xəyallarına belə gətirmirlər. ABŞ məxfi xidmətinin əməkdaşları Annanın təhlükəsizliyini təmin etmək məqsədilə onu addımbaaddım izləyir, demək olar heç vaxt tək qoymur. Hətta görüşə gedəndə belə, cangüdənləri onun yanında olur, bu isə ona qarşı simpatiyası olan oğlanları qorxudur. “Birinci qız” belə həyatdan bezib və azad həyat yaşamaq istəyir. Avropaya səyahət zamanı aradan çıxmaq üçün əla fürsət düşür. Anna bu fürsəti qaçırmır. Bəxti gətirib ki, əksər avropalılar Ağ Ev rəhbərinin qızını üzdən tanımır...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar