Terens Meynard

Terens Meynard

Aktyor

BİOQRAFİYA
Terens Meynard - britaniyalı aktyordur. 1969-cu ildə Liverpul şəhərində anadan olub. Uşaqlığı Çesşayr əyalətinin Nantviç şəhərində keçib. Səkiz yaşından rəqsə maraq göstərib. Bunu görən valideynləri onu həftədə üç dəfə rəqs dərnəyinə göndərib. Nəticədə onda tədricən incəsənətə meyl yaranıb və məktəbi bitirdikdən sonra Cilford Aktyorluq Məktəbində dram sənətini öyrənib. 1991-ci ildə ali təhsili başa vurub. 1998-ci ildə "Rocer, Rocer" komediya teleserialında teledebütünü həyata keçirib. Daha çox "Revolver" (2005) filmində Frenç Pol, "Gələcəyin həddi" (Edge of Tomorrow, 2014) filmind' qəddar serjant, "Alovun əsarəti" (Reign of Fire, 2002) fentezisində Qideon, "Birinci qız" (2004) dramında Harper rolu ilə yadda qalıb. IMDB məlumat bazasına əsasən karyerası ərzində (2019-cu ilə qədər) 50-dən çox film və serialın çəkilişində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0562793/bio?ref_=nm_ov_bio_sm
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç