Annabella Şiorra

Annabella Şiorra

Aktrisa

BİOQRAFİYA

Annabella Qloriya Filomena Şiorra 29 mart 1960-cı ildə Nyu-Yorkun Bruklin rayonunda anadan olub. 50-ci illərdə ABŞ-a köçmüş italiyalı mühacirlərin ailəsində böyüyüb. Onun anası feşn-stilist olub, atası isə baytar-həkim işləyib. Anabella əvvəl rəqs dərslərinə gedib. Daha sonra Hagen Berghoff Studio və American Academy of Dramatic Arts akademiyasında dram incəsənəti üzrə təhsil alıb. Ancaq aktyor karyerasına tez başlamaq üçün təhsili yarımçıq buraxıb. 1981-ci ildə Brass Ring Theatre Company adlı teatr truppasını yaradıb. “Taleyin tərs üzü” (1990), “Arzuların apardığı yer” (1998), “Gecənin pıçıltısı” (1992) filmlərinin, “Soprano ailəsi” (1999-2007), “Təcili Tibbi Yardım” (1994-2009), “Dürüst həyat yoldaşı” (2009-2014) seriallarının çəkilişi və səsləndirilməsində iştirak edib. “Dəfn etmə” (1996) filminə prodüserlik edib. Böyük kinoda daha çox “Beşiyi yellədən əl” (1992) və “Cəngəllik qızdırması” (1991) filmlərində oynadığı rollarla yadda qalıb. Başlıca olaraq teleseriallara çəkilir. Karyerası ərzində 67 televiziya/bədi film və serialda rolu olub. “Soprano ailəsi” kriminal serialında oynadığı rola görə “Emmi” mükafatına namizəd olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B8%D0%BE%D1%80%D1%80%D0%B0,_%D0%90%D0%BD%D0%BD%D0%B0%D0%B1%D0%B5%D0%BB%D0%BB%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç