Ceremi Piven

Ceremi Piven

Aktyor

BİOQRAFİYA

Ceremi Piven 26 iyul 1965-ci ildə ABŞ-ın Manhetten şəhərində anadan olub. Evanston şəhərində sənətçi ailəsində boya-başa çatıb. Uşaqlıq illərindən aktyorluq sənətinə böyük maraq göstərib. Tez-tez teatr tamaşalarında iştirak edib. Aktyor və dram müəllimləri olan valideynlərinin təsis etdiyi Pivenlərin teatr emalatxanasında oxuyub. Ali təhsilini Ayova ştatının De-Moyn şəhərində yerləşən Dreyk universitetində alıb. Daha sonra Konnektikut ştatının Uoterford Milli Teatr İnstititunda oxuyub. Kinoda debütü 1986-cı ildə ekranlara çıxan “Lukas” filmində baş tutub. Elə həmin il “Bir dəlisov yay” filmində epizodik rol alıb. Televiziyada nəzərə çarpan ilk rolu “Larri Sandersin şousu” (1992-1998) telelayihəsində oynadığı rol olub. Növbəti illərdə Piven həm televiziya, həm də bədii filmlərin çəkilişlərində aktiv şəkildə iştirak etməyə başlayır. “Ağ saray” (1990), “Oyunçu” (1992), “Yalquzaqlar” (1992), “Qorxulu məhkəmə gecəsi” (1993), “Sərgərdan” (1994), “Mayami rapsodiyası” (1995), “Savaş (1995), “Qızları öpərkən” (1997),“Başqa otaqdan gələn musiqi” (1998) və digər filmlərə çəkilir. Aktyor daha çox “Yaraşıqlılar” (2004-2011) serialında oynadığı Ari Qold rolu ilə məşhurlaşıb. Həmin rola görə Ceremi “Qızıl Qlobus” və “Emmi” mükafatlarına layiq görülüb. Kinoda daha çox “Tale” (2001), “Nədənsə danış” (1989), “Qross-Poyntda qətlə” (1997) filmlərində oynadığı rollara görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kino-teatr.ua/person/piven-jeremy-5091.pht...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç