Cina Roulends
Aktrisa
Virciniya Ketrin (Cina) Roulends 19 iyun 1930-cu ildə ABŞ-ın Viskonsin ştatının Madison şəhərində anadan olub. Kolleci bitirdikdən sonra Viskonsin Universitetinə daxil olub. Daha sonra isə Nyu-York Dram İncəsənət Akademiyasında aktyorluq üzrə ali təhsil alıb. Səhnədə debütü Nyu-Yorkun “Provinstaun Pleyhauze” teatrında gerçəkləşdirib. Səhnəyə çıxana qədər bir müddət orada qarderobçu işləyib. 1950-ci illərin sonlarına kimi Brodveydə aparıcı tamaşalarda baş rolları ifa edib. Kinoda debütü isə “Metro-Goldwyn-Mayer” kinostudiyasını sifarişi il rejissor Joze Ferrera tərəfindən çəkilmiş “Sevginin böyük hesabı” (1958) filmində baş tutub. Roulends aktyor və rejissor Con Kassavetisin həyat yoldaşı olub. Onu bir çox filmlərinə baş rollara çəkib. Məsələn 1980-ci ildə onun “Qloriya” filmində oynadığı rola görə hətta “Oskar” mükafatına da layiq görülüb. Bu izdivac 1954-cü ildən ərinin ölümünə kimi (1989) davam edib. Onlar Amerika Karneqi Holl Akademiyasında tələbəlik illərində tanış olublar. Kassavetis aktyor sülaləsinin nümayəndəsidir. Dördqat “Emmi” mükafatı laureatıdır. İki dəfə “Qızıl Qlobus” mükafatını qazanıb. Həmçinin “Oskar” mükafatına namizəd olub. Aktrisanın həmin nikahdan üç övladı var. Nik, Aleksandra və Zoi. Hər üçü uğurlu Hollivud rejissoruna çevrilib. Roulends 2012-ci ildə keçmiş biznesmen Robert Forestlə ailə qurub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D1%83%D0%BB%D0%B5%D0%BD%D0%B4%D1%81,_%D0%94%D0%B6%D0%B8%D0%BD%D0%B0