Nikolas Sparks

Nikolas Sparks

Ssenarist, prodüser, yazıçı

BİOQRAFİYA

Nikolas Çarlz Sparks 31 dekabr 1965-ci ildə Omahada (Nebraska ştatı, ABŞ) professor Maykl Sparks və evdar qadın Cil Emma Mariya Sparksın ailəsində anadan olub. Nikolasın ingilis, irland, alman və çex kökləri var. Romanlarını sevgi və tale mövzularında yazır. Onun çapdan çıxmış 20 romanı var. Sparksın kitabları 50-dən çox dilə tərcümə edilib. Təkcə ABŞ-da 75 milyondan çox, dünyada isə 105 milyondan çox satılıb. 1985-ci ildə məktəb vaxtı Sparks öz birinci “The Passing” adlı əsərini və 1989-cu ildə “The Royal Murders” əsərini yazıb (Hansı ki, bu əsərlər heç vaxt çap olunmayıb). O, Notr-Dam universitetində təhsil alıb. Kolleci bitirdikdən sonra Sparks hüquqşünas olmaq istəyirdi. Sparks tələbəlik illərində telefon satıcısı və ofisiant işləyib. 1990-cı ildə 1965-ci ilin qaçış üzrə olimpiya çempionu Billi Millzla birgə psixoloji mövzuda ''Wokini: A Lakota Journey to Happiness and Self-Understanding'' kitabını yazıb. Kitab birinci il 50.000 nüsxə satılıb. 1992-ci ildə Sparks bir dərman firmasında işə başlayır və Cənubi Karolinanın Grinvil şəhərinə köçür. Boş vaxtlarında o, “The Notebook” romanını yazmağa başlayır. İki il sonra roman ədəbi agent Teresa Park tərəfindən kəşf edilir və o, romanın nəşri üçün 1 milyonluq müqavilənin imzalanmasına nail olur. “The Notebook” 1996-cı ilin oktyabrında nəşr olunur və ilk satış həftəsində “Nyu-York Tayms”ın ən çox satılan kitabları siyahısına başçılıq edir. 2000-ci ildə "People Magazine" Sparksı ilin ən cazibədar müəllifi adlandırır. Onun bu günə qədər 20 romanı və qardaşı ilə yazdığı 1 avtobioqrafik əsəri işıq üzü görüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Nikolas_Sparks

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç