Con Kyu Çikaqodan olan qayğıkeş ailə başçısıdır. Ağır zəhməti ilə bir təhər ailəsini dolandırır. Ancaq bir gün xəstəxanadan daxil olan acı xəbər onun gələcəklə bağlı bütün planlarını alt-üst edir. Onun oğluna ürək çatışmazlığı diaqnozu qoyulur. Ən qısa zamanda ona donor ürəyi köçürülməsə, sağ qala bilməyəcək. Conun tibbi sığortası bu cür bahalı əməliyyatı əhatə etmir. Köçürmə əməliyyatı yüz min dollardan da baha başa gəlir. Ona görə də oğlunun adı uzun donor növbəsinə düşür. Conun gözləməyə vaxtı yoxdur. Ona görə atalıq instinkti işə düşür və Con ən qəti ölçülərə əl atır. Oğluna sağlam ürəyin köçürülməsi üçün canından belə keçməyə hazırdır...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar