Rey Liotta

Rey Liotta

Aktyor, prodüser

BİOQRAFİYA

Rey Liotta 18 dekabr 1954-cü ildə Nyuark şəhərində (Nyu-Cersi ştatı, ABŞ) anadan olub. Altı aylıq olanda Meri və Alfred Liotta tərəfindən oğulluğa götürülüb. Atalığı mağaza sahibi və yerli demokratik klubun prezidenti olub. Bacısı Linda da ailə tərəfindən övladlığa götürülüb. Daha çox “Yaxşı oğlanlar”, “Kokain”, “Hannibal”, “İdentifikasiya”, “Revolver”, “Real çöl donuzları” filmlərində oynadığı rollarla tanınıb. Liottanın televiziyada debütü 1978-ci ildə “Başqa aləm” adlı serialdakı rolu ilə olub. Onun aktyor olaraq tanınmasına 1986-cı ildə ekranlara çıxmış “Cazibədar qadın” filmi və Fil Olden Robinsonun 1989-cu ildə çəkilmiş “Onun arzuladığı meydan” filmi böyük təkan verib. Dünya şöhrəti qazandıran film isə Martin Skorsezenin 1990-cı ildə ekranlara çıxan “Yaxşı oğlanlar” filmi olub. Liotta eyni zamanda Ceyson Stethemlər birgə Britaniyanın ən məşhur filmlərindən sayılan “Revolver” psixoloji trillerində əsas rollardan birini oynayıb. 2002-ci ildə Liotta məşhur “GTA Vice City” video oyununda baş qəhrəman Tommi Versetti personajını səsləndirib. 1997-2004-cü illər ərzində aktrisa Mişel Qreyslə evli olub. Onların birgə nikahdan bir qızları var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Ray_Liotta

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç