Denzel Vaşinqton

Denzel Vaşinqton

Aktyor, prodüser, rejissor

BİOQRAFİYA

Denzel Heys Vaşinqton (kiçik) 28 dekabr 1954-cü ildə Nyu-York ştatının Maunt Vernon şəhərində (ABŞ) anadan olub. Ona keşiş olan atasının adı qoyulub. Üçövladlı ailənin ortancıl uşağı olub. Anası gözəllik salonunun işçisi olub. Uşaqlığında anasına işində kömək edib. Orta məktəbi bitirdikdən sonra Nyu-Yorkun Fordhem universitetinə daxil olub. Əvvəl tibb, daha sonra biologiya ixtisası üzrə ali təhsil alıb. Sonradan onda jurnalistikaya və bir müddətdən sonra teatra maraq oyanıb. 1977-ci ildə jurnalistika üzrə bakalavr dərəcəsi əldə edib. Bununla kifayətlənməyərək, San-Fransiskoda yerləşən Amerika Konservatoriyasına daxil olub. Bir ildən sonra Nyu-Yorka köçüb və konservatoriyada təhsilini yarımçıq qoyaraq televiziya filmlərinə çəkilməyə başlayıb. 1977-ci ildə kinoda debüt edir. “Vilma” adlı idman dramında epizodik rol alır. Filmin çəkilişlərində gələcək həyat yoldaşı Paueletta Pirsonla tanış olur. 1981-ci ildə “Mükəmməl surət” adlı komediyada baş rollardan birinə çəkilib. NBC telekanalında yayımlanan “Sent-Elsver” serialında oynadığı rolla Amerika tamaşaçılarının rəğbətini qazanıb. 6 il ərzində yayımlanan serial onun karyerasında tramplin olub. 1988-ci ildə Riçard Attenboronun “Azadlıq harayı” adlı filmində oynadığı "İkinci plan rola görə" “Oskar” mükafatına namizəd olub. 1990-cl ildə rejissor Edvard Svikin vətəndaş müharibəsindən bəhs edən “Şərəf” filmində oynadığı rola görə ilk “Oskar” heykəlciyini əlinə alıb. 1993-cü ildə Spayk Linin “Malkolm İks” bioqrafik dramında amerikalı qaradərili din xadimi obrazını canlandırdığına görə yenidən “Oskar”a namizəd olub. Kinotənqidçi Rocer Ebert və rejissor Martin Skorseze həmin filmi "90-ların ən yaxşı kinolarından biri" adlandırıb. Daha sonra Milla Yovoviçlə “Onun oyunu”, Cudi Foster və Klayv Ouenlə “Tutulmayan oğru deyil” filmlərinə çəkilib. 1993-cü ildə “Filadelfiya” filmində cinsi azlıqlara nifrət edən homofob-vəkil rolunu oynayıb. Tərəf müqabilləri Tom Henks və Antonio Banderas olub. 2000-ci ildə 50-ci Berlin Kinofestivalında “Şimşək” adlı bioqrafik dramda canlandırdığı boksçu obrazına görə "Ən yaxşı aktyor" nominasiyasında “Qızıl Qlobus” mükafatına layiq görülüb. 2001-ci ildə karyerasının ən reytinqli və populyar filmlərindən sayılan “Hazırlıq günü (Training Day)” kriminal trillerinə baş rola çəkilib. İtan Hovkun tərəf müqabili olduğu filmdə karyerasında ilk dəfə olaraq mənfi obrazı (əli çirkə bulaşmış rüşvətxor və narkoman polis əməliyyatçısı) yaradıb. Həmin rola görə tənqidçilərin və tamaşaçıların rəğbətini qazanıb və “Oskar” mükafatı ilə təltif olunub. 1982-ci ildən aktrisa Pauletta Pirsonla evlidir. Onların dörd övlad var. Vaşinqton dindar xristiandır. Mütəmadi olaraq kilsəyə gedir. Gəncliyində bir vaxtlar keşiş olmaq barədə düşündüyünü etiraf edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Denzel_Washington 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç