Enn Heç
Aktrisa, ssenarist, prodüser
Enn Heç 25 may 1969-cu ildə Ohayo ştatının Avrora şəhərində anadan olub. Atası baptist kilsəsinin keşişi və kilsə xorunun rəhbəri olub. QİÇS diaqnozu üzə çıxdıqdan sonra homoseksual olduğunu etiraf edərək böyük qalmaqala səbəb olub. Onun ölümündən sonra “qara zolaq” ailənin həyatından uzaqlaşmayıb. Bir ildən sonra böyük qardaşı Enn (gənc aktyor idi) avtomobil qəzasında həlak olur. 1985-ci ildə Ennin 16 yaşı olanda ona “Dünya necə dövran edir” sabun operasının çəkilişi ilə bağlı müqavilə təklif edirlər. Ancaq Enn anası ilə məsləhətlişdikdən sonra təklifi rədd edir və ilk növbədə məktəbi bitirmək fikrində olduğunu bildirir. Orta təhsilini başa vurduqdan sonra Nyu-Yorka köçüb və “Başqa dünya” adlı serialın çəkilişlərinə qatılıb. 1987-1991-ci illərdə Viki Karson rolunda çıxış edib. 1991-ci ildə həmin rola görə “Emmi” mükafatının laureatı olub. Növbəti illərdə Enn həm televiziya, həm də bədii filmlərdə çəkilməyə başlayır. 1997-ci ildə “Donni Brasko” və “Vulkan” kimi blokbasterlərdə ikinci plan aktrisa rollarında çıxış edir. 1998-ci ildə Harrison Fordla birlikdə “6 gün, 7 gecə” romantik macəra filmində baş rola çəkilir. Həmin il eyni zamanda onun iştirakı ilə “Psixo” filmi ekranlara çıxır. 2004-cü ildə “İyirminci əsr” tamaşasında oynadığı rola görə “Toni” teatr mükafatına namizəd olub. Biseksualdır. Uzun müddət məşhur aparıcı Ellen Dedcenereslə lezbiyan münasibətləri olub (1997-2000). Ondan ayrıldıqdan bir il sonra kinooperator Koulman Laffunla ailə qurub. 2002-ci ildə ondan Qomer adlı oğlunu dünyaya gətirir. Ancaq evliliyin ömrü cəmi altı il sürür. 2007-ci ildən bəri aktyor Ceyms Tapperlə faktiki nikahdadır. Onların 2009-cu il təvəllüdlü Atlas adlı oğulları var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Enn_He%C3%A7