Şon Hetosi

Şon Hetosi

Aktyor, ssenarist, rejissor

BİOQRAFİYA

Şon Hetosi 29 dekabr 1975-ci ildə ABŞ-ın Merilend ştatında anadan olub. Atası qrafik dizayner, anası isə kredit eksperti olub. Ata tərəfi macar, anası irlanddır. Hetosi aktyorluq karyerasına hələ uşaqlıq illərindən başlayıb. Yerli teatr və televiziya tamaşalarında müxtəlif rollarda oynayıb. Məktəbi bitirdikdən sonra milli telekanalda debüt edərək, “Öldürücü şöbə” teleserialına epizodik rola çəkilib. Az büdcəli filmlərdə nəzərəçarpmayan rollardan sonra, Frenk Ozun “Giriş və çıxış” komediyasında (1997) yuxarı sinif uşağı Cek roluna dəvət alır. Filmin nümayişindən sonra onu bir çox Hollivud layihələrinə dəvət etməyə başlayıblar. Robert Rodriqesin “Fakültə” qorxu filmində həvəskar futbolla məşğul olan məktəbli rolunu oynayıb. Baş rolda ilk rolu “İlk məhəbbət” filmində çəkilib. Onun tərəf-müqabilləri Alek Bolduin və Emi Smart olub. Həmçinin 2000-ci ildə gənc irland döyüşçüdən bəhs edən “Borstal həbsxanasından olan oğlan” filmində baş rola çəkilib. Digər uğurlu filmləri sırasında “Conni D.”, “Toyaxşamı”, “Əsgər qızı”, “Alfa Doq”, “Pis leytenant” lentlərini sadalamaq olar. 2009-cu ildə Hetosi “Sautlend” polis serialının aktyor heyətinə qoşulub. Beş mövsüm ərzində əvvəl detektiv, daha sonra zabit Semmi Braynt rolunu oynayıb. 2010-cu ildə populyar Dekster serialında seksual manyak rolunu canlandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D1%8D%D1%82%D0%BE%D1%81%D0%B8,_%D0%A8%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç