"True History of the Kelly Gang"dən Yeni Treyler Yayımlandı!

13 Yanvar, 2020

Macbeth ilə adından təriflə söz etdirən Castin Kurzelin (Justin Kurzel) son filmi True History of the Kelly Gang’dən yeni treyler yayımlandı. George MacKay, Rassel Krou (Russell Crowe), Çarli Hannem (Charlie Hunnam) və Nikolas Holtu (Nicholas Hoult) bir araya gətirən filmin, 28 fevralda premyerası olacaq.

Kann Film Festivalindan mükafatla qayıdan ilk uzunmetraj filmi Snowtown ilə diqqətləri üzərinə çəkdikdən sonra 2015-ci ildə Macbeth ilə diqqət çəkici bir adaptasiyaya imza atan Castin Kurzel (Justin Kurzel), xəyal qırıqlığı yaradan Assassin’s Creed filmindən üç il sonra yeni filmiylə kinoteatrlara geri qayıtdı. Avstraliyalı rejissorun öz ölkəsində çəkdiyi True History of the Kelly Gang filminin dünya premyerası sentyabrda təşkil edilən 44-cü Toronto Film Festivalında oldu.

Картинки по запросу 'True History of the Kelly Gang'

İzləyici qarşısına çıxmadan əvvəl mükafat sezonunda çox danışılan film gözlənən təsiri yarada bilmədi, amma həm tənqidçilər, həm də filmsevərlər tərəfindən bəyənildi. Castin Kurzelin (Justin Kurzel) yenidən uğur qazanmasını təmin edən filmin, bir çox ölkədə bu il premyerası olacaq. True History of the Kelly Gang, 28 fevralda premyerası planlaşdırılır.


Castin Kurzelin (Justin Kurzel) yeni filmi adından da göründüyü kimi Ned Kelly və dəstəsinin gerçək hekayəsini mövzu götürür. Peter Carey‘nin romanından adaptasiya olunan film, izləyiciləri 1870-ci illərin Avstraliyasına aparır və uzun müddət qanundan qaçmağı bacaran Ned Kelly və dəstəsinin hekayəsini danışır. Filmin ssenarisi SnowtownBerlin Syndrome kimi proyektlərlə tanınan Shaun Grant‘in imzasını daşıyır.

Filmdə Ned Kelly’ ilə yanaşı 11.22.63 və Captain Fantastic kimi proyektlərlə tanınan, bu il isə Sem Mendes (Sam Mendes) imzalı 1917 ilə adını eşitdirən George MacKay həyat verir. Aktyor heyətində MacKay’lə yanaşı Rassel Krou (Russell Crowe), Çarli Hannem (Charlie Hunnam), Nikolas Holt (Nicholas Hoult), Essi Devis (Essie Davis), Thomasin McKenzie kimi önəmli adlar iştirak edir. Bundan əlavə The Lord of the Rings serialında rol alacağı açıqlanan Markella Kavenagh da filmin aktyor heyətində yer alır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər